Logo

Sertifikatlaşdırma ilə bağlı ibtidai sinif müəllimləri üçün vebinarlar təşkil ediləcək

19.08.2022 15:21 522 baxış
IMG

Bakı Şəhəri üzrə Təhsil İdarəsi Təlimə Dəstək Mərkəzi (TDM) tərəfindən təhsilverənlərin sertifikatlaşdırılması ərəfəsində ibtidai sinif müəllimlərinə kömək məqsədilə vebinarlar keçiriləcək.

Tehsil.biz xəbər verir ki, bu gün təşkil olunan Azərbaycan dili və riyaziyyat fənləri üzrə vebinarlarda ibtidai sinif müəllimlərinin daha çox çətinlik çəkdiyi mövzuların izahı nəzərdə tutulur.

Vebinarlar Təlimə Dəstək Mərkəzinin Azərbaycan dili fənni üzrə metodisti Günel Bayramova və riyaziyyat fənni üzrə metodisti İlahə Həmidova tərəfindən Mərkəzin rəsmi feysbuk səhifəsi üzərindən canlı aparılacaq.

Qeyd edək ki, təhsilverənlərin sertifikatlaşdırılması ilə bağlı vebinarlar növbəti həftədən hər gün TDM-in rəsmi feysbuk səhifəsi üzərindən canlı davam etdiriləcək.

Xəbər lenti