Logo

BDU-da sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı ilə bağlı beynəlxalq elmi konfrans keçiriləcək

18.08.2022 13:57 361 baxış
IMG

Dekabrın 14-15-də Bakı Dövlət Universitetində (BDU) “Sənəd və informasiya menecmenti üzrə kadr hazırlığı: üstünlükləri, perspektivləri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Konfrans sənəd və informasiya menecmenti üzrə kadr hazırlığının müasir durumu və perspektivləri üzrə müzakirələr aparmağa, dünyanın müxtəlif ölkələrindən olan tədqiqatçıların fikirlərinin bölüşdürülməsinə, müvafiq sahədə yeni prioritet istiqamətləri müəyyənləşdirməyə imkan yaradacaq.

Tədbir, həmçinin təhsil və elmi tədqiqatların əlaqələndirilməsinə xidmət edəcək.

Xəbər lenti