Avqustun 18-də təhsilverənlərin sertifikatlaşdırılması prosesi üzrə onlayn sınaq imtahanına start verilib.
Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, imtahan saat 18:00-dək “Virtual məktəb” platforması üzərindən keçiriləcək.
Sınaq imtahanında namizədlərə ixtisasa aid 50, metodika və pedaqogikaya dair 10 test tapşırığı təqdim olunacaq.
İbtidai sinif müəllimləri “Virtual məktəb” platformasında öz hesablarına daxil olmaqla sınaq imtahanında iştirak edə bilərlər. Sınaq imtahanında hər müəllim yalnız 1 dəfə iştirak edə bilər.