Logo

III ixtisas qrupunda dövlət sifarişi üzrə 4593 yerə qəbul aparılır

17.08.2022 21:11 406 baxış
IMG

Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsində III ixtisas qrupu üçün dövlət sifarişi üzrə 4593 yer ayrılıb.

Dövlət İmtahan Mərkəzindən bildirilib ki, bu, ötən illə müqayisədə 40 yer azdır.

Builki dövlət sifarişli yerlərdən 4313-ü DT altqrupunun, 280-i TC altqrupunun payına düşür.

Həmçinin bu il dövlət sifarişli yerlərin ümumi sayı 23 min 627-dir. Ötən il ümumi sayı 22 min 881 olub.

Xəbər lenti