Logo

Təhsil tələbə kreditinə müraciətlərin qəbulu prosesi davam edir

17.08.2022 17:04 447 baxış
IMG

Abituriyentlər Təhsil Tələbə Krediti Fondunun ayırdığı təhsil kreditləri sayəsində təhsil ala bilərlər.

Elm və Təhsil Nazirliyindən "Tehsil.biz"ə bildirilib ki, təhsil kreditini ali məktəbi bitirdikdən 2 il sonra başlayaraq 10 il ərzində geri ödəmək mümkündür.

Əla nəticə göstərən tələbələr kredit məbləğinin 50 faizədək hissəsindən azad oluna bilərlər.

Yaradılmış bu imkanlardan istifadə etmək üçün notarial təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət etmək kifayətdir. Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul edilir.

Xəbər lenti