Logo

“Abituriyent Məsləhət Mərkəzləri”nin fəaliyyət dairəsi daha da genişləndirilib

17.08.2022 16:54 452 baxış
IMG

Abituriyentlər Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, Qərbi Kaspi, Azərbaycan, Bakı Biznes, Odlar Yurdu, Bakı Avrasiya, Azərbaycan Memarlıq və İnşaat Universitetlərində abituriyentlərə ixtisas seçimi ilə əlaqədar kömək etmək məqsədilə yaradılmış və ödənişsiz əsaslarla fəaliyyət göstərən “Abituriyent Məsləhət Mərkəzləri”nə müraciət edə bilərlər.

Tehsil.biz xəbər verir ki, universitetlərdə yerləşən mərkəzlər şənbə, bazar günləri də işləyəcək.

Bundan əlavə, cədvəldə verilmiş tarixlərdə (şənbə, bazar günləri istisna olmaqla) Rayon Təhsil Sektorlarında DİM-in əməkdaşları və RTS-nın əlaqələndiriciləri tərəfindən abituriyentlərə “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz kömək göstəriləcək. 

Bölgələrdə Rayon Təhsil Sektorlarında və məktəblərdə fəaliyyət göstərəcək “Məsləhət mərkəzləri” haqqında məlumat

Xəbər lenti