Logo

133 nəfər din xadimlərinin təyini ilə bağlı müsahibədə uğur qazanıb

13.08.2022 18:32 372 baxış
IMG

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçirilən İslam dininə aid ibadət yerlərinə (məscidlər) din xadimlərinin təyin edilməsi ilə bağlı müsahibə başa çatıb.

Qurumdan "Tehsil.biz"ə verilən xəbərə görə, 24 may 2022-ci il tarixində elan edilmiş müsahibəyə 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.

02 avqust-13 avqust tarixlərində keçirilən müsahibədə 251 nəfər iştirak edib. Onlardan 133 nəfər müsahibədən uğurla keçib, 118 nəfər isə müsahibədən keçid balını toplaya bilməyib.

19 nəfər müxtəlif səbəblərdən müsahibədə iştirak etməyib.

Xəbər lenti