Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

13.08.2022 18:17 346 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1651 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 255, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 169, üç və daha çox doza vaksin vurduranların sayı 1034, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 193 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 837 697, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 929, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 547, üç və daha çox doza vaksin vurduranların sayı 3 351 247, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 974 təşkil edir.

Xəbər lenti