Logo

Hollivud aktrisası vəfat etdi

13.08.2022 17:43 351 baxış
IMG

Avtomobil qəzası nəticəsində xəstəxanalıq olan 53 yaşlı Hollivud ulduzu Enn Heç vəfat edib.

Bu barədə aktrisanın ailəsi məlumat yayıb.

Xatırladaq ki, Enn avqustun 6-da qəza törədib: əvvəlcə yaşayış kompleksinin qarajına, sonra isə evə çırpılıb. Nəticədə ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onun içkili olduğu bildirilsə də müayinə zamanı qanında spirt aşkarlanmayıb. Lakin onun orqanizmində kokain izləri müəyyən edilib.

Qeyd edək ki, Annın şöhrətinin zirvəsi 1990-cı illərin sonlarına təsadüf edir. O, "Vulkan", "Donni Brasko", "Keçən yay nə etdiyini bilirəm", "Vaq" və "Altı gün, yeddi" kimi ekran işlərində yer alıb.

Xəbər lenti