Logo

“Süni intellekt və data elmi” layihəsi çərçivəsində görüş təşkil olunub

13.08.2022 10:56 369 baxış
IMG

Təhsil İnstitutunun təşkilatçılığı ilə “Süni intellekt və data elmi” layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətə davamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərin nümayəndələri ilə görüşlər keçirilir.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib. Bildirilib ki, institutun Təhsil Texnologiyaları Mərkəzində baş tutan növbəti görüşdə spiker qismində “Metafluence” şirkətinin həmtəsisçisi və idarə heyətinin üzvü Elşad Yusifli və “Tensorflow” işçi qrupunun təsisçisi Murad Əlili çıxış ediblər. Elşad Yusifli “Süni intellekt və data elmi” layihəsi çərçivəsində həyata keçirilən təlimlərin əhəmiyyətini vurğulayıb. Murad Əlili isə virtual dünya, məlumat mərkəzinin ixtira olunması, rəqəmsal pul kisələri, elektrikli nəqliyyat vasitələri, avtomatlaşdırma, çatdırılma dronları, orbital aerokosmik, 3D çap, hüceyrə və gen terapiyası kimi mövzular barədə danışıb.

Görüşdə Təhsil İnstitutunun əməkdaşları və müvafiq sahə üzrə təhsil alan tələbələr iştirak ediblər. Sonda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti