Logo

Salman Rüşdi BIÇAQLANDI

12.08.2022 21:47 338 baxış
IMG

Məşhur yazıçı Salman Rüşdi Nyu-Yorkda hücuma məruz qalıb.

Tehsil.biz APA-ya istinadən xəbər verir ki, hadisə şahidlərinin sözlərinə görə, Salman Rüşdi tədbirlərin birində məruzə edərkən bir nəfər əlində bıçaqla səhnəyə çıxaraq ona hücum edib. Dünya şöhrətli yazıçının səhhəti ilə bağlı hələ ki məlumat yoxdur.

Qeyd edək ki, ona edilən hücuma səbəb 1989-cu ildə yazdığı "Şeytan ayələri" kitabı olub. Həmin kitab satışa buraxılan gündən çox böyük səs-küyə səbəb olmuş və hətta İranın dini lideri Ayətullah Xomeyni tərəfindən Rüşdi haqqında ölüm fətvası verilmişdi.

Kitabda İslam dininə xas təməl prinsiplərinin modern çağla uyğunlaşdırılması halları var. Bu kimi hallar İslam dininə qarşı həqarət kimi qəbul edildiyindən kitaba və müəllifə qarşı dəfələrlə etiraz və təhdidlər olub.

Xəbər lenti