Logo

Gənclər siyasəti bugün də öz tendensiyasında irəliləyərək uğurlara çatmaqdadır

12.08.2022 20:16 304 baxış
IMG

Ölkəmiz üçün çox əhəmiyyətli bir vaxtda-  Azərbaycanın müstəqilliyini yenicə bərpa etdiyi bir dövrdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti qəbul edildiyi gündən böyük uğurlar əldə etməyə başlamışdır.

Gənclər siyasəti dövlətin siyasətinin ayrılmaz bir tərkib hissəsidir. Hansı ki, onun da özünəməxsus dəyərləri və normaları vardır. Azərbaycan gənclərinə ulu öndərimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilmiş və onlara geniş imkanlar yaradılmağa başladılmışdır. Heydər Əliyevin vəfatından sonra isə gənclər siyasəti yeni bir dövrə ayaq basdı desək məhz yerinə düşər. Prezident İlham Əliyev tərəfindən ulu öndərin bu siyasəti uğurla inkişaf etdirilərək hal-hazırki dövrümüzdə vətənpərvər, ictimai, təhsil, idman və s. yöndə dünyanın dörd bir yanında uğurlar əldə etmiş gənclər yetişdirildi. Məhz Prezident İlham Əliyevin sərəncamı əsasında təsdiq edilmiş " Azərbaycan Gəncliyi Dövlət Proqramı 2005-2009" və "Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" adlı Dövlət Proqramlarının icralarının nəticəsi olaraq müxtəlif uğurlar əldə edildi və dövlət gənclər siyasətində prioritet istiqamətlərdən biri oldu.

Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı işlər aparılmış və bunların nəticəsi olmuşdur ki, 2016-ci ildə ordumuzun əks-hücum əmri nəticəsində əldə etdiyi bir çox yüksəkliklər olmuş, 2018-ci ildə də bu eyni qaydada bizim qələbəmizlə nəticələnmiş, son olaraq isə mənfur düşmənin 2020-ci ildə törətdiyi təxribat əməllərinin cavabı layiqincə verilmiş və 28 illlik həsrətə- İşğal altında olan torpaqlarımıza yenidən qovuşmağımız mümkün olmuşdur. Bundan əlavə gənclər siyasətinin bir istiqamətidə yaradıcı gənclərin yetişdirilməsi olmuşdur ki, bu sahə də öz bəhrəsini verərək müxtəlif ölkələrdə öz ixtiraları ilə fərqlənərək ölkəmizi layiqincə təmsil edən gənclərin çalışması ilə nəticələnmişdir. Bundan əlavə idman sahəsində idmançılarımızın uğuru, qazandığı medallar birdaha gənclər siyasətinin uğurundan xəbər verməkdədir.

Dövlət qayğısı sayəsində gənclər təşkilatlarına diqqət artırılmış və gənclər üçün yeni imkanların yaradılmasına, müxtəlif regionlarda yaşayan gənclərə diqqət göstərilməsinə nail olunmuşdur. Əbəs yerə deyilki bugün Azərbaycanda gənclər sektorunda fəaliyyət göstərən minlərlə gənclər təşkilatı yaranmış və gənclər siyasətinə töhfə verməkdə davam etməkdədirlər. Məhz gənclər təşkilatlarının müxtəlif layihələri çərçivəsində gənclərin ictimai fəallığı təmin olunur və ölkənin inkişafına töhfə verə biləcək gənclər yetişdirilir.

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif təşkilatlar xarici ölkələrdə olan təşkilatlara inteqrasiya edərək sözün əsl mənasında müasir metodların köməkliyi ilə gənclərə müxtəlif yöndə dəstəklər göstərmiş və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində gənclərimizin beynəlxalq arenada ölkəmizi təmsil etmələrinə geniş imkan yaradılmışdır.

Məhz bu səbəbdən də ölkəmizdəki gəncləri beynəlxalq gənclər günü münasibəti ilə təbrik edir və onlara fəaliyyətlərində daimi uğurlar arzulayıram.

Rəvan Nəcəfov

İnkişafçı Gənc İctimai Birliyinin Sədri

Səbail rayon YAP üzvü

Xəbər lenti