Logo

DİM sədri abituriyentlərin suallarına cavab verəcək

12.08.2022 19:39 359 baxış
IMG

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə ənənəvi olaraq ixtisas seçimi ilə əlaqədar çıxış edəcək, abituriyentlərin suallarına cavab verəcək.

DİM-dən "Tehsil.biz"ə bildirilib ki, qurumun sədrinin çıxışı 16 avqust saat 15:00-da başlayacaq.

M.Abbaszadə DİM-in feysbuk, yutub və teleqram səhifələri vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışacaq.

DİM abituriyentləri ixtisas seçimi ilə əlaqədar suallarını qurumun Facebook sosial şəbəkədəki səhifəsində yazmağa çağırıb.

Xəbər lenti