Logo

Şirvan-Salyan Regional Təhsil İdarəsi tərəfindən təşkil olunan təlimlər davam edir

12.08.2022 09:36 468 baxış
IMG

11 avqustda Neftçala rayonunda “Məktəbdaxili qiymətləndirmənin həyata keçirilməsi və rəqəmsal bacarıqların təkmilləşdirilməsi” mövzusunda təlim təşkil olunub.

Tehsil.biz xəbər verir ki, təlimdə ümumi təhsil müəssisələrinin direktorları və direktor müavinləri iştirak edib. 

Şirvan -Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi Varis Qasımlı təlim iştirakçıları ilə qiymətləndirmənin növləri, məktəbdaxili qiymətləndirmənin təşkili, rəqəmsal qiymətləndirmənin əhəmiyyəti və təşkili kimi mövzularda müzakirə aparıb.

Xəbər lenti