Logo

UNEC-də ödənişli təhsil alan bakalavrların təqaüd almaq şansı var

12.08.2022 09:05 373 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ödənişli təhsil alan bakalavrlar 1-ci semestrin sonunda imtahan nəticələrinə əsasən 2-ci semestrdən başlayaraq təqaüd almaq, eləcə də UNEC-in “TOP 15” təqaüdünü qazanmaq şansı əldə edə bilərlər.

UNEC-dən bildirilib ki, bakalavrlar üçün Prezident təqaüdü 250 manat, əlaçı təqaüdü 156 manat, həvəsləndirici təqaüd 132 manat, adi təqaüd 90 manat nəzərdə tutulub. Universitetin xüsusi təqaüdü 100 manat təşkil edir. Bu təqaüd 600 və daha yüksək bal toplayan abituriyentlər, eləcə də beynəlxalq və respublika fənn olimpiada qalibləri üçün nəzərdə tutulur. UNEC-in “TOP 15” təqaüdü isə 156 manatdır və bu, hər kurs üzrə ümumi orta müvəffəqiyyət göstəricisi ən yüksək olan 15 tələbəyə şamil olunur.

Magistrantlar üçün əlaçı təqaüdü 174 manat, həvəsləndirici təqaüd 144 manat, adi təqaüd 96 manat nəzərdə tutulub. Təqaüdlər yalnız əyani təhsil alan tələbələrə şamil olunur.

Xəbər lenti