Logo

Ərdoğan kitabxananın açılışını edəcək - FOTO

12.08.2022 08:48 362 baxış
IMG

Bu gün Türkiyənin ən böyük ali təhsil ocağı olan İstanbul Mədəniyyət Universitetində müasir kitabxananın açılışı baş tutacaq.

Bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, 7/24 fəaliyyət göstərəcək Ziraat Bankı Kitabxanası eyni vaxtda 3000 nəfərə xidmət göstərmək imkanına malikdir.

Qeyd edək ki, kitabxananın açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın da iştirakı gözlənilir.

Xəbər lenti