Logo

AzTU-da MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

11.08.2022 23:14 434 baxış
IMG

Azərbaycan Texniki Universitetində (AzTU) MBA proqramı çərçivəsində müəllimlərin işə qəbulu aparılır.

AzTU-dan "Tehsil.biz"ə bildirilib ki, qəbul 2022-2023-cü tədris ilinin payız və yaz semestrləri üzrə keçirilir.

Azərbaycan və ingilis bölməsi üçün iqtisadiyyat, menecment, biznesin idarə olunması, maliyyə, nəqliyyat texnologiyaları, logistika və daşımalar, data analitikası, statistika, ekonometrika, marketinq, mühəndislik, səhiyyə, informasiya və kommunikasiya texnologiyaları sahələri üzrə azı magistr dərəcəsi olan müəllimlər işə qəbul edilir.

İşə qəbul olunmaq istəyənlər avqustun 15-dək müraciət edə bilərlər.

Xəbər lenti