Logo

Qubada Beynəlxalq Qiymətləndirmə Düşərgəsi keçiriləcək

11.08.2022 22:38 422 baxış
IMG

Təhsil İnstitutu və Quba-Xaçmaz Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə avqustun 24-26-da Quba rayonunda Beynəlxalq Qiymətləndirmə Düşərgəsi keçiriləcək.

Tehsil.biz xəbər verir ki, düşərgənin təşkil olunmasında əsas məqsəd təhsil işçilərinin, xüsusilə müəllimlərin beynəlxalq qiymətləndirmələr barədə məlumatlılığını artırmaqdır. Eyni zamanda, təhsildə qərarların verilməsində, təhsil siyasətinin formalaşmasında qiymətləndirmələrin rolunun anlaşılması, qiymətləndirmə siyasətinin təkmilləşdirilməsində müəllimlərin iştirakını təmin etməkdir.

Düşərgə iştirakçıları şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə biliklərinin real həyatda tətbiqi, yaradıcı düşüncə bacarıqlarının rolu, eləcə də ev mühiti, məktəb mühiti, sosial-iqtisadi vəziyyət və s. amillərin şagirdlərin öyrənməsində rolu barədə məlumat alacaqlar.

Xəbər lenti