Logo

AzMİU-nun magistraturasının boş qalan yerlərinə qəbul aparılır

11.08.2022 19:10 381 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin magistraturasının Azərbaycan bölməsi üzrə yerüstü nəqliyyat vasitələrinin mühəndisliyi (yol hərəkətinin təşkili və təhlükəsizliyi) ixtisaslaşması üzrə boş qalan yerlərə qəbul elan edilib.

Tehsil.biz xəbər verir ki, bu barədə məlumat “Magistr” jurnalının 6-cı nömrəsində dərc edilib. Bildirilib ki, 9 nömrəli proqrama aid bu ixtisaslaşmaya qəbul əyani formada Azərbaycan bölməsində ödənişli əsaslarla aparılır.

Xatırladaq ki, 2022/2023-cü tədris ili üçün magistraturaların boş qalan yerlərinə avqustun 14-dək ixtisaslaşma seçimi aparılır. Boş qalan yerlərə qəbul fevralın 20-də və mayın 29-da keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır. Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Xəbər lenti