Logo

ADU-da əlavə təhsilə qəbulun vaxtı uzadılıb

11.08.2022 18:08 450 baxış
IMG

2022/2023-cü tədris ilində Azərbaycan Dillər Universiteti (ADU) müsabiqə yolu ilə təkrar ali təhsilə (pedaqoji ixtisaslardan başqa) tələbə qəbulu elan edib.

Tehsil.biz xəbər verir ki, sənədlər avqustun 20-dək (istirahət günlərindən başqa) saat 10:00-15:00-a kimi 3 saylı tədris binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 81, III mərtəbə, otaq 308) qəbul ediləcək.

Tələb olunan sənədlər:

rektorun adına ərizə (forma universitetdə təqdim olunacaq);

diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;

şəxsiyyət vəsiqəsinin surəti;

3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;

sağlamlıq haqqında arayış.

Sənədlər 2022-ci il avqust ayının 20-dək (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.

Ünvan: ADU-nun 3 saylı tədris binası

Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308

Tel.: (012) 564 22 48; (055) 302 88 57

Email: [email protected]

Sayt: www.adu.edu.az

Xəbər lenti