Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

11.08.2022 16:47 295 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1766 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 280, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 147, üç və daha çox doza vaksin vurduranların sayı 1116, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 223 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 834 313, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 371, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 226, üç və daha çox doza vaksin vurduranların sayı 3 349 143, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 573 təşkil edir.

Xəbər lenti