Logo

BDU məzunları Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində işə qəbul ediləcək

11.08.2022 14:30 398 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə Biologiya fakültəsinin məzunlarının iş imkanlarının dəyərləndirilməsi və onların gələcək inkişafının təmin edilməsi məqsədilə görüş təşkil edilib.

Tehsil.biz xəbər verir ki, görüşdə ümumilikdə biotexnologiya, molekulyar biologiya, genetika, mikrobiologiya, biokimya və entomologiya ixtisasları üzrə təhsil almış 26 məzun iştirak edib.

Müsahibədən uğurla keçmiş məzunların Agentliyin tabeliyində Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda könüllülük fəaliyyəti və təcrübə proqramlarına cəlb olunması, eləcə də işə qəbul edilməsi nəzərdə tutulub.

Xəbər lenti