Logo

UNEC-in Dərbənd filialına sənəd qəbulu aparılır

11.08.2022 13:47 317 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dərbənd filialına 2022/2023-cü tədris ili üçün bakalavr təhsili üzrə abituriyent qəbulu aparılır.

UNEC-dən bildirilib ki, qəbul maliyyə və kredit, mühasibat uçotu, təhlil və audit və ümumi iqtisadiyyat ixtisasları üzrə əyani, əyani-qiyabi və qiyabi təhsil forması üzrə təşkil olunur.
Təhsil üzrə plan yerlərinə qəbul büdcə hesabına və müqavilə ilə ödənişli əsaslarla həyata keçirilir.

Təhsil müddəti əyani forma üzrə 4 il, əyani-qiyabi forma üzrə 4 il 6 ay, qiyabi forma üzrə 5 ildir.
Rusiya Federasiyasının vətəndaşları bu ölkənin mövcud qaydalarına uyğun olaraq Vahid Dövlət İmtahanı əsasında qəbul edilir.

Xarici ölkələrin vətəndaşları üçün qəbul riyaziyyat, rus dili və xarici dil fənləri üzrə keçirilir.

Azərbaycan Respublikasının vətəndaşları üçün isə qəbul imtahanları riyaziyyat, coğrafiya, Azərbaycan və ya rus dili fənləri üzrə aparılır.

Qəbul barədə ətraflı məlumatı UNEC-in və Dərbənd filialının rəsmi saytlarından əldə etmək mümkündür.

Xəbər lenti