Logo

Yeni icra başçısı Orxan Mürsəlov kimdir? - FOTOLAR

11.08.2022 12:29 754 baxış
IMG

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, O.Mürsəlov bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.

O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.

Xəbər lenti