Logo

BDU-nun Hirş indeksi 52-yə çatıb - FOTO

11.08.2022 12:07 361 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) inkişaf strategiyasının əsas məsələlərindən biri də elmi-tədqiqatların prioritetlərini dünya elminin inkişaf istiqamətlərinə və ölkənin mühüm ictimai-mədəni məsələlərinin həllinə uyğun müəyyənləşdirməkdir.

Tehsil.biz xəbər verir ki, BDU Avropa və dünya tendensiyalarına uyğun qabaqcıl texnologiya və nailiyyətlər səviyyəsində peşəkar sahələrin funksiyalaşdırılması və inkişafını təmin edə bilən mütəxəssislər, elmi və elmi-pedaqoji, mühəndis-texniki kadrlar hazırlayan, sənaye müəssisələri ilə olan mövcud əlaqələri inkişaf etdirməklə elmi nəticələri kommersiyalaşdıran struktura və bazaya malikdir.

“Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun Hirş indeksi artaraq 52 olub (Hirş indeksi alimlərin, elmi təşkilatın fəaliyyətinin elmi əsərlər və həmin əsərlərə istinada görə kəmiyyət göstəricisidir). Hər bir əsərə istinadların orta sayı isə 6.06-ya qədər yüksəlib.

Onu da qeyd edək ki, 2018-cı ilin sonunda BDU-nun Hirş indeksi 35-ə bərabər olub.

Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 3598 elmi əsər nəşr edilib. Bu əsərlərə 22000-nə yaxın istinad edilib. 2022-ci ilin ilk 8 ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən 146 əsər nəşr edilib və nəşr edilən əsərlərə 2800-ə yaxın istinad edilib.

Onu da qeyd edək ki, bu göstəricilərlə BDU Azərbaycan universitetləri arasında yenə liderdir.

Xəbər lenti