Logo

Qəbələnin birincisi də Bakı Ali Neft Məktəbini seçir

10.08.2022 20:31 387 baxış
IMG

Fidan Qismətli Qəbələ şəhəri üzrə ən yüksək bal toplayan abituriyentdir.

Tehsil.biz xəbər verir ki, Qəbələ rayonu Nicat Apayev adına 4 saylı tam orta məktəbi Fərqlənmə attestatı ilə bitirib. Fidan buraxılış imtahanında 290.6, I ixtisas qrupu üzrə keçirilən imtahanda isə maksimal - 400 bal toplayıb. Ümumilikdə 690.6 bal toplamaqla Qəbələnin birincisi olan abituriyent Bakı Ali Neft Məktəbinin tələbəsi olmağı səbirsizliklə gözləyir:

“Seçəcəyim ixtisasla insanların əlindən tutmaq, onları qorumaq istəyirəm. Günbəgün inkişaf edən dünyada insanların həyatını yaxşılığa doğru dəyişməyin ən yaxşı yollarından biri də texnoloji biliklərə yiyələnməkdir. Bakı Ali Neft Məktəbi bu biliklərə yiyələnəcəyim ən mükəmməl yerdir və ətrafımdakı insanların tövsiyələri həmişə bu yöndə idi. BANM-də İnformasiya təhlükəsizliyi ixtisasının tələbəsi olmaq istəyirəm”.

Xəbər lenti