Logo

Moskvada Müslüm Maqomayevin 80 illiyi qeyd olunacaq

10.08.2022 20:17 110 baxış
IMG

Oktyabrın 29-da Moskvada “Crocus City Hall”da SSRİ və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunan konsert keçiriləcək.

Tehsil.biz xəbər verir ki, konsert proqramında Rusiya estradasının və operasının ulduzları iştirak edəcəklər. Konsertdə M.Maqomayevin repertuarından mahnı və ariyalar səsləndiriləcək.

Qeyd edək ki, “Crocus City Hall”un ikinci mərtəbəsinin foyesində Müslüm Maqomayevin xatirəsinə həsr olunan muzey var. Muzeyi ziyarət edəcək tamaşaçılar görkəmli ifaçının şəxsi əşyalarını, onun çəkdiyi rəsmləri, ailə arxivindən fotoşəkilləri və musiqi karyerası ərzində aldığı çoxsaylı beynəlxalq mükafatları görmək imkanı əldə edəcəklər.

Xəbər lenti