Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin böyük elmi işçisi Xalidə Məmmədova Ankarada keçirilən 8-ci Beynəlxalq Taras Şevçenko Sosial Elmlər Konfransında iştirak edib.
Bu barədə institutdan məlumat verilib.
Beynəlxalq tədbirdə X.Məmmədovanın “Vətənpərvər şair Taras Şevçenko” mövzusunda məruzəsi dinlənilib.
Məruzədə Taras Şevçenkonun bədii yaradıcılığından danışılıb. Bildirilib ki, xaraktercə azadlıq carçısı, vətənpərvər və sülhsevər kimi tanınan Şevçenko yaradıcılığının əsas ideya xətti əsarətdə olmuş ukraynalıların həyatı ilə bağlıdır.
Onun şeir və poemaları bu gün də aktuallığı ilə diqqəti cəlb edir.