Logo

Məhəmmədəli Əkbərovun BDU tələbələri ilə görüşü keçirilib - FOTO

10.08.2022 19:19 363 baxış
IMG

Bakı Dövlət Universitetinin və SABAH Mərkəzinin birgə təşkilatçılığı ilə Qarabağ xanlığının qurucusu Pənahəli xanın nəslindən olan Məhəmmədəli Əkbərovun tələbələrlə görüşü keçirilib.

Tehsil.biz xəbər verir ki, Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində iştirak etmək üçün Azərbaycanda səfərdə olduğunu deyən Məhəmmədli Əkbərov bildirib ki, İspaniyada doğulub, orada yaşasa da, hər zaman Azərbaycana sevgi ilə yanaşıb. O vurğulayıb ki, ailəsi hər zaman azərbaycançılığı yüksək səviyyədə təbliğ edib. 21 yaşının olduğunu deyən qonaq İspaniyanın Arabada şəhərində anadan olduğunu, sonradan valideynlərinin Madridə köçdüyünü, hazırda bu şəhərdə Kriminalistika fakültəsinin 3-cü kursunda təhsil aldığını qeyd edib.

Məhəmmədəli Əkbərov İspaniyada Azərbaycanla bağlı keçirilən bütün tədbirlərdə iştirak etdiyini görüş iştirakçılarının diqqətinə çatdırıb.

Pənahəli xanın nəslinin davamçısı vurğulayıb ki, Heydər Əliyev Fondu və Diasporla iş üzrə Dövlət Komitəsinin birgə təşkil etdiyi Diaspor Gənclərinin Şuşada keçirilən III Yay Düşərgəsində 55 xarici ölkədə yaşayan 116 gənc iştirak edib. O, azad Qarabağı görməkdən və Şuşada olmaqdan böyük qürur hissi keçirdiyini bildirib. Qonaq Ağdamda Pənahəli xanın, onun oğlanlarının sarayının yerləşdiyi İmarət kompleksini və ulu babasının inşa etdirdiyi Şahbulaq qalasını da ziyarət etdiyini deyib.

Sonda Məhəmmədəli Əkbərov İspaniyada təhsil standartları ilə bağlı tələbələrin suallarını cavablandırıb.

Xəbər lenti