Logo

HES-SO İdarəetmə Məktəbi UNEC tələbələri üçün müsabiqə ELAN EDİR

10.08.2022 18:50 100 baxış
IMG

Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) tələbələri üçün təqaüdlü mübadilə proqramına müsabiqə elan edir.

Tehsil.biz xəbər verir ki, Ali İdarəetmə Məktəbi 1 semestrlik mübadilə proqramı təklif edir. Mübadilə proqramı fransız və ingilis dillərini bilən tələbələr üçündür. Mübadilə 2023-ci ilin yaz semestri üçün nəzərdə tutulur. Yaz semestri 2023-cü ilin fevral ayında başlayacaq.

Qeyd edək ki, Qərbi İsveçrə Tətbiqi Elmlər və İncəsənət Universitetinin tərkib hissəsi olan HES-SO Ali İdarəetmə Məktəbi ARC 1982-ci ildə təsis edilib. Tədris əsasən bakalavr və magistr dərəcələrində fransız dilində aparılır. Burada iqtisadiyyat hüququ, informasiya texnologiyaları, marketinq, maliyyə, logistika, insan resursları, iqtisadi cinayətlərin istintaqı, biznesin idarəedilməsi və digər proqramlar mövcuddur. Hazırda 1800 tələbənin təhsil aldığı məktəbdə 100 akademik heyət üzvü və 400 qonaq mühazirəçi vardır.

Müraciətlər avqustun 15-dək qəbul olunur.

Xəbər lenti