Logo

Həkim uşaqlarının gözündə çəplik olan valideynlərə müraciət edib

10.08.2022 18:35 331 baxış
IMG

“Gözdə olan çəplik heç bir damcı dərmanla düzəlmir”.

Tehsil.biz "Report"a istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eskperti Nigar Həsənova deyib.

Onun sözlərinə görə, çəpliyin bərpası əməliyyatla və eynəklə mümkündür: “Təcili çəplik əməliyyatı yoxdur. Bu planlı əməliyyatdır. On gün gec etsəniz, heç bir əlavə ağırlaşma olmaz”.

“Bəzən uşaqlara gözləri yaxşı görsün deyə on gün kök şirəsi verirlər, ancaq bu ziyandır. Bu, hətta qaraciyərin fəaliyyətinə zərərdir. Biz valideynlərə məsləhət görürük ki, meyvə-tərəvəz, vitaminli qidalar versinlər. Hər hansı qidanı çox verməklə görməni yaxşılaşdırmaq mümkün deyil. Həmçinin göz idmanlarından yüksək nəticə gözləmək olmaz. Həmin idmanlar sadəcə əzələləri hərəkət etdirir və yorğunluğu aradan qaldırır”, - N.Həsənova bildirib.

Xəbər lenti