Logo

BSU-nun Məktəb-Lisey Kompleksinə sənəd qəbulu aparılır

10.08.2022 18:26 348 baxış
IMG

Mərkəzləşdirilmiş qaydada qəbul prosesi həyata keçirilən lisey və gimnaziyalara, o cümlədən Bakı Slavyan Universitetinin (BSU) Məktəb-Lisey Kompleksinə sənəd qəbulu aparılır.

Tehsil.biz xəbər verir ki, bu mərhələdə lisey seçimi edib qəbul olunan və qəbul olunduğu liseyi təsdiqləyən şagirdlərin sorğusu avtomatik olaraq yaradılacaq.

Sənəd qəbulu avqustun 17-dək davam edəcək. Valideynlər “Şəxsi kabinet”lərində sorğular bölməsinə daxil olaraq prosesin ardıcıllığını izləyə bilərlər. Bu müddətdə şagirdlərin ötən tədris ilində təhsil aldıqları məktəbdən şəxsi işləri təhvil alınaraq qəbul olduqları ümumtəhsil müəssisəsinə təqdim edilməlidir. Əks halda, imtahan nəticələri ləğv ediləcək və 2-ci mərhələdə iştirakına icazə verilməyəcək.

Qeyd edək ki, boş qalan yerlərə 2-ci mərhələ vasitəsilə şagird qəbulunun avqustun 19-dan sonra həyata keçirilməsi planlaşdırılır.

Xəbər lenti