Logo

IV ixtisas qrupu üzrə müsabiqə ŞƏRTLƏRİ

10.08.2022 18:19 229 baxış
IMG

IV ixtisas qrupu üzrə müsabiqəyə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Tehsil.biz xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 4-cü nömrəsində qeyd edilib.

Bildirilib ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.

Dövlət ali təhsil müəssisələrinin tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır; Aşağıda qeyd olunan ixtisas üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

- Ekologiya.

Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

- Bağçılıq və tərəvəzçilik; Baytarlıq təbabəti;

- Bitki mühafizəsi;

- Su bioehtiyatları və akvakultura.

Xəbər lenti