Logo

Xalq artisti ağır xəstəlikdən xilas oldu

10.08.2022 17:46 431 baxış
IMG

Uzun müddətdir səhhətində problem yaşanan Xalq artisti Ramiz Novruz sağalıb.

Kulis.az xəbər verir ki, bu barədə sənətçinin qızı Şəfəq Novruzov və oğlu Cavidan Novruz sosial şəbəkə hesablarında yazıblar.

R.Novruz videomüraciətlə sağalmasında ona yardımçı olan həkimlərə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva təşəkkürünü bildirib:

“Azərbaycanda hamının özünə doğma bildiyi, Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirəm. Heydər Əliyev Fondu bizə dəstək oldu və bir daha göstərdilər ki, hər bir vətəndaş onlar üçün dəyərlidir: adi vətəndaşdan tutmuş tanınmış insanlara kimi. Bir az da utandım ki, onlar şəhidlərimizə, qazilərimizə, Qarabağın yenidən qurulmasına vaxt sərf etdikləri bir vaxtda fərdi insanlara da zaman tapıb qayğı göstərirlər. Qarşılarında baş əyirəm. Ona görə də Mehriban xanımı hər kəs özünə doğma bilir. Nə yaxşı ki, Heydər Əliyev Fondu, belə insanlarımız var. Bütün komandaya minnətdarlığımı bildirirəm”.

Qeyd edək ki, Xalq artistinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilsə də o, haqqında çıxan xəbərləri təkzib etmişdi.

Xəbər lenti