Logo

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

10.08.2022 16:47 335 baxış
IMG

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1829 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 297, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 121, üç və daha çox doza vaksin vurduranların sayı 1164, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 247 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 832 547, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 369 091, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 859 097, üç və daha çox doza vaksin vurduranların sayı 3 348 027, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 256 350 təşkil edir.

Xəbər lenti