Logo

Respublika olimpiadaçısı və “Huawei” müsabiqəsinin qalibi: "Düzgün qərar vermişəm”

10.08.2022 14:36 120 baxış
IMG

Roman Tolstoşeyev Bakı Ali Neft Məktəbinə (BANM) müsabiqədənkənar qəbul olunan tələbələrdəndir. O, BANM–in İnformasiya təhlükəsizliyi ixtisasının 3-cü kursuna keçir.

Tehsil.biz xəbər verir ki, Roman Tolstoşeyevin təmsil olunduğu “9G” adlı komanda “Huawei” şirkətinin keçirdiyi “Tech4Good” müsabiqəsinin qalibi olub. O, həmçinin “Huawei Seeds Of The Future Alumni” sertifikatına və akademik nəticələrinə görə “Huawei” şirkətinin xüsusi hədiyyələrinə layiq görülüb. “9G” adlanan komandada Romanla yanaşı, BANM-in Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasının tələbələri Fidan Quliyeva, Sultanə Sultanova və Neft-qaz mühəndisliyi ixtisasının tələbəsi Rəhimə Abbasova da təmsil olunub.

Müsabiqədə Azərbaycan, Türkiyə, Kabo-Verdedən olan 90 tələbə iştirak edib.

Roman Tolstoşeyev Respublika Fənn Olimpiadasında 2017-ci və 2020-ci illərdə gümüş və bürünc medallara layiq görülüb. 2020-ci ildə “Sabahın alimləri” IX Respublika müsabiqəsində III yeri tutub və bürünc medal qazanıb.

Xəbər lenti