Logo

“Süni intellekt və data elmi” layihəsi çərçivəsində görüş təşkil olunub

10.08.2022 14:24 379 baxış
IMG

“Süni intellekt və data elmi” layihəsi çərçivəsində təlim iştirakçılarının əmək bazarına daha rahat adaptasiyası məqsədilə bu sahədə perspektivli və rəqabətədavamlı mühit formalaşdırmış təşkilatların əməkdaşları və şirkətlərlə görüşlər keçirilir.

Bu barədə "Tehsil.biz"ə Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, onlayn formatda baş tutan görüşdə spiker qismində Berlin Texniki Universitetinin doktorantı Günay Kazımzadə çıxış edib. O, hazırda süni intellekt texnologiyalarının dünya bazarının zəruri texnologiyalarından biri olduğunu qeyd edərək sözügedən təlim haqqında fikir və təcrübələrini iştirakçılarla bölüşüb, dünya ölkələrində yaranan startaplardan, akselerasiya mərkəzlərindən məlumat verib. Günay Kazımzadə tələbələrlə karyera məsləhətləri haqqında da danışıb.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Xəbər lenti