Logo

BDU-ya əcnəbi vətəndaşların qəbulu davam edir

10.08.2022 14:00 391 baxış
IMG

2022/2023-cü tədris ili üçün Bakı Dövlət Universitetinin (BDU) müvafiq ixtisasları üzrə əcnəbi tələbələrin qəbulu davam edir.

Tehsil.biz xəbər verir ki, son müraciət tarixi 01.09.2022-ci ildir.

Əcnəbi vətəndaşlar tərəfindən təqdim ediləcək sənədlərin siyahısı:

1. Seçdikləri ixtisas, tədris dili və təhsilalma forması göstərilməklə təhsil müəssisəsinin rəhbərinin adına ərizə (ərizə elektron formada da təqdim edilə bilər);

2. Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış (və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təsdiq edilmiş surəti (surətləri);

3. Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıcısı olmaması haqqında arayış;

4. Etibarlı sərhədkeçmə sənədi;

5. 6 ədəd fotoşəkil (son 6 ayda çəkilmiş fotoşəkil)

6. Beynəlxalq pasport (fotoşəkil olan səhifə), pasportun etibarlılıq müddəti Universitetə müraciət olunan tarixdən sonra ən az 1 il olmalıdır.

7. Tədris dilindən imtahan verilməsi barədə sertifikat (mövcud olduğu halda);

8. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda);

Qeyd:

1. Azərbaycan Respublikası Miqrasiya Xidməti tərəfindən verilmiş daimi yaşayış icazəsi (DYİ seriyası) olan xarici vətəndaşlar Bakı Dövlət Universitetinə yalnız Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

2. Xarici ölkə vətəndaşlığı ilə yanaşı Azərbaycan Respublikasının vətəndaşlığı olan şəxslərin əcnəbi vətəndaş qismində Bakı Dövlət Universitetinə sənəd təqdim etmələri qadağandır. Onlar universitetə Azərbaycan Respublikasının Dövlət İmtahan Komissiyasının keçirdiyi test imtahanları əsasında qəbul ola bilərlər.

3. Azərbaycan Respublikasının təhsil müəssisələrinə əyani təhsilalma formasında qəbulu rəsmiləşdirildiyi tarixdən 90 (doxsan) gün müddətində Azərbaycan Respublikasının ərazisində yaşamalarını təsdiq edən sənədin surətini təhsil müəssisəsinə təqdim etməlidir.

Qeyd edək ki, tələbələrin sənəd qəbulu https://portal.edu.az/ saytı vasitəsilə aparılır.

Ünvan:

Bakı şəhəri, akademik Zahid Xəlilov küçəsi, 33,AZ 1148

BDU, Bakı - 2022

Tel: (+994 12) 510 35 87;

Fax: (+994 12) 510 35 87;

Email: [email protected]

Xəbər lenti