Logo

BMU tələbələri İNHA Universitetində təşkil olunan “Yay məktəbi”ndə

10.08.2022 12:07 303 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri Cənubi Koreya Respublikasın İNHA Universitetində təşkil olunan “Yay məktəbi”ndə qruplar şəklində iştirak edəcəklər.

Tehsil.biz xəbər verir ki, artıq tələbələrin bir qismi bu məqsədlə sözügedən ölkəyə yola salınıb.

Qrupa BMU-nun Mühəndislik fakültəsinin dekanı Hüseyn Mirzəyev rəhbərlik edir. Tələbələrin digər qrupunun 12 avqust tarixində yola salınması nəzərdə tutulur.

“Yay məktəbi”nin təşkili BMU və İNHA Universiteti arasında icra olunan beynəlxalq ikili diplom proqramının əsas komponentlərindən biridir.

Xəbər lenti