Logo

II ixtisas qrupu üzrə müsabiqə şərtləri AÇIQLANDI

10.08.2022 11:51 739 baxış
IMG

II ixtisas qrupu üzrə müsabiqəyə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Tehsil.biz xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 4-cü nömrəsində qeyd edilib.

Müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir.

Belə ki, dövlət ali təhsil müəssisələrinin ("ADA" Universiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) müsabiqəsinə qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsaslarla ayrılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50 dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı 200-dən və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən olmayan) az abituriyentlər buraxılır:

- Marketinq;

- Biznesin idarə edilməsi;

- Turizm bələdçiliyi;

- Turizm işinin təşkili.

Xəbər lenti