Logo

I ixtisas qrupu üzrə müsabiqə şərtləri MƏLUM OLUB

10.08.2022 11:24 501 baxış
IMG

I ixtisas qrupu üzrə müsabiqəyə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlər üzrə ümumi balı 200-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Tehsil.biz xəbər verir ki, bu barədə "Abituriyent" jurnalının 4-cü nömrəsində qeyd edilib.

Belə ki, müəyyən ixtisaslar üzrə tətbiq edilən tələblər qismən fərqlidir: "Riyaziyyat", "Fizika" va "Kompüter elmləri" ixtisasları üzrə müsabiqəyə ümumi balı 250-dən, imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan abituriyentlər buraxılır.

Dövlət ali təhsil müəssisələrinin ("ADA" Uni versiteti və Bakı Ali Neft Məktəbi istisna olmaqla) tədrisi ingilis dilində olan ixtisaslarının müsabiqəsinə qəbul imtahanının birinci mərhǝ ləsində (cari ilin məzunları üçün buraxılış imta hanında) ingilis dili fənni üzrə nisbi balı 40-dan az olmayan abituriyentlər buraxılır.

Aşağıda qeyd olunan ixtisaslar üzrə ödənişli əsas larla aynılmış yerlərin müsabiqəsinə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan (dövlət sifarişi əsasında ayrılan yerlər üzrə ümumi balı və imtahanın ikinci mərhələsi üzrə balı 100-dən az olmayan) abituriyentlər buraxılır:

- Meliorasiya mühəndisliyi;

- Texnologiya müəllimliyi;

- Ekologiya mühəndisliyi.

Aşağıda qeyd olunan ixtisaslar üzrə həm dövlət sifarişi əsasında, həm də ödənişli əsaslarla qəbul aparılan yerlərin müsabiqəsində ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər:

- Aqronomluq;

- Balıqçılıq:

- Meşəçilik; 

- Şərabçılıq;

- Torpaqşünaslıq və aqrokimya;

- Yerquruluşu və daşınmaz əmlakın kadastrı;

- Zoomühəndislik.

Xəbər lenti