Logo

III ixtisas qrupu üzrə plan yerləri KƏSKİN ARTDI

10.08.2022 10:47 1997 baxış
IMG

2022-ci ildə III ixtisas qrupu üzrə plan yerləri kəskin şəkildə artıb.

Tehsil.biz bu barədə Dövlət İmtahan Mərkəzinin nəşr etdiyi "Abituriyent" jurnalının 4-cü nömrəsinə istinadən xəbər verir.

Belə ki, 2022-ci ildə III ixtisas qrupu üzrə ümumi 15157 plan yeri ayrılıb. Bunun 13512 plan yeri DT altqrupu, 1645 plan yeri TC altqrupu üzrədir.

2021-ci ildə III ixtisas qrupu üzrə 12853 plan yeri var idisə, bu il bu plan yeri 13512-dir.

2020-ci ildə III ixtisas qrupu üzrə 12286 plan yeri olub.

Xəbər lenti