Logo

Gənclərin xarici ölkələrdə təhsili ilə bağlı Dövlət Proqramına yenidən sənəd qəbulu elan olunur

10.08.2022 10:31 345 baxış
IMG

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın illik hədəf göstəricisində 400 təqaüdün verilməsini və magistratura səviyyəsi üzrə mövcud kvotada boş təqaüd yerlərinin olduğunu nəzərə alaraq avqustun 10-da yenidən sənəd qəbulu elan olunur.

Bu barədə "Tehsil.biz"ə Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, sənəd qəbulu avqustun 25-dək davam edəcək.

Xatırladaq ki, Prezident İlham Əliyev 2022-ci il fevralın 28-də “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin ən azı 80 faizi ali təhsilin magistratura səviyyəsini əhatə edəcək.

Xəbər lenti