Logo

ADNSU-da “Post Oil Economy” yay məktəbinin açılışı olub

09.08.2022 18:12 348 baxış
IMG

Avqustun 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Post Oil Economy” yay məktəbinin açılışı olub.  

Tehsil.biz xəbər verir ki, ADNSU və DAAD-ın əməkdaşlığı ilə keçiriləcək iki həftəlik yay məktəbinin açılışında universitetin prorektorları, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə çıxış edənlər bu qısamüddətli yay məktəbinin önəmindən danışıblar.

Yay məktəbinə qoşulan Almaniya, İtaliya və Azərbaycandan olan tələbələr bu müddət ərzində ölkəmizdə Neft yataqlarında, müxtəlif sənaye müəssisələrində olacaqlar. Onların Azərbaycanın tarixi yerlərinə, mədəniyyət mərkəzlərinə ekskursiyası təşkil olunacaq.  Tələbələrə həmçinin, Azərbaycanın neft sahəsində təcrübəli mütəxəssisləri tərəfindən 9 mühazirə oxunacaq.

Tələbələrlə söhbət zamanı onlar da proqramdan razı qaldıqlarını, yay məktəbindən gözləntilərinin yüksək olduqlarını bildiriblər.

Sonda açılış mərasimi rəngarəng müsiqi və rəqs nömrələrinin ifası ilə davam edib.

Xəbər lenti