Logo

652 namizəd rezidenturaya qəbul imtahanının II mərhələsi üçün qeydiyyatdan keçib

09.08.2022 15:48 372 baxış
IMG

Rezidenturaya qəbul imtahanının II mərhələsində iştirak etmək üçün qeydiyyat davam edir.

Tehsil.biz xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat 11 avqust saat 23:59-dək aparılacaq.

Rezidenturaya qəbul olmaq üçün baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (I mərhələ) “məqbul” almış (40 və daha çox bal toplamış) və rezidenturaya qəbul olmaq hüququ olan namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanında (II mərhələ) iştirak etmək üçün tələb olunan məbləği “Şəxsi kabinet”lərinin hesabına əlavə edib qeydiyyatdan keçməlidirlər.

9 avqust saat 12:00-a olan məlumata əsasən, 652 namizəd (Azərbaycan bölməsi - 549; rus bölməsi - 103) imtahana yazılıb.

Qeydiyyatdan keçməyən namizədlər ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına buraxılmayacaqlar.

İxtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının avqustun 21-də Bakı və Naxçıvan şəhərlərində keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti