Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanının nəticələri ilə əlaqədar apellyasiya müraciətlərinə baxılır.
Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.
Qəbul imtahanı avqustun 4-də riyaziyyat, fizika, kimya, ingilis dili fənləri üzrə aparılıb.