Logo

ADAU-nun bir qrup əməkdaşı Slovakiyanın Nitra Kənd Təsərrüfatı Universitetində - FOTOLAR

08.08.2022 19:40 128 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup əməkdaşı kənd təsərrüfatı, biologiya, qida texnologiyaları, texniki və sosial-iqtisadi elmlərin geniş spektrini özündə birləşdirən Slovakiya Respublikasının Nitra Kənd Təsərrüfatı Universitetində səfərdə olublar.

Tehsil.biz xəbər verir ki, universitet əməkdaşları ilə görüşən ADAU heyəti Slovakiya təcrübəsinin öyrənilməsinin vacibliyi və Slovakiyada Azərbaycan elmi və təhsilinin tanıdılmasına ehtiyacın olduğunu vurğulayıblar.

Səfərin əsas məqsədi iki ölkə universitetləri arasında beynəlxalq əməkdaşlığın inkişafı, aktiv tələbələrin elm, təhsil və innovasiya sferasında mövcud əmək bazarının tələblərinə cavab verən inkişaf prosesinə cəlb edilməsi olub.

Bununla yanaşı ADAU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədovanın rəhbərliyi ilə ADAU nümayəndələri Azərbaycan Respublikasının Macarıstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə tərəfindən qəbul ediliblər.

Görüşdə Səfir ADAU haqqında çox yüksək fikirdə olduğunu qeyd edib. Ölkələrimiz və xalqlarımız arasındakı olan hazırkı dostluq səviyyəsindən irəli gələrək kənd təsərrüfatı, ətraf mühit mühəndisliyi kimi sahələrdə ixtisaslaşmış Macarıstanın Şopron Universiteti ilə əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi sahəsində müzakirələr aparılıb.

​​​​​​

Xəbər lenti