Logo

Qeyri-formal və informal yollarla əldə edilən biliklərin tanınması üzrə ekspert olmaq istəyənlərin NƏZƏRİNƏ

08.08.2022 18:12 254 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən əməliyyatçı mühasib, bağban-dekorator, heyvandarlıq mütəxəssisi, dayə, poliqrafiya üzrə dizayner peşə ixtisasları üzrə vətəndaşların qeyri-formal və informal yollarla əldə etdiyi bilik, bacarıq, səriştə və təcrübəsinin qiymətləndirilməsi və tanınması prosesinə cəlb olunacaq ekspertlərin seçimi davam edir.

Bu barədə "Tehsil.biz"ə TKTA-dan məlumat verilib.

Ekspertlər üçün tələblər:

- Müvafiq ixtisaslar üzrə azı 5 illik iş təcrübəsinə (istehsalat təcrübəsinə) və həmin sahə üzrə ixtisasını təsdiq edən təhsil haqqında dövlət sənədi;

- İxtisaslar üzrə dövrün tələbatına uyğun elmi-nəzəri biliklər və praktiki səriştə;

- Ərizəçilərdə etibar hissi və müvafiq psixoloji vəziyyət yaratmaq bacarığı;

- Namizədlə ünsiyyət qurma və işləmə bacarığı;

- Ekspert fəaliyyət istiqaməti üzrə VÖEN.

Ekspertlərin vəzifə öhdəlikləri:

- Müvafiq ixtisasın modulları üzrə sual və tapşırıqların hazırlanması;

- Praktiki qiymətləndirmələrdə ərizəçilərə verilmiş tapşırıqların icrasına nəzarət etmək və nəticəyə müvafiq qiymətləndirmə aparmaq;

- Qiymətləndirmənin nəticəsinə dair şəxsi marağın olmaması, tərəfsiz olmaq və maraqların toqquşmasından qaçmaq;

- Qiymətləndirmə ilə əlaqədar əldə etdiyi məlumatların (imtahan sualları, sənədlər, təqdimatlar və ümumən informasiyanı) konfidensiallığını qorumaq və agentliyin qabaqcadan rəsmi razılığı olmadan üçüncü tərəflərə yaymamaq.

İş qrafiki ödənişli əsaslarla xidmət müqaviləsi əsasında, təyin olunmuş imtahan tarixindən asılı olaraq müvafiq qrafikə uyğun olacaq.

Qiymətləndirmə və tanınma üzrə ekspert olmaq istəyən namizədlər avqustun 10-dək müraciət edə bilərlər.

Xəbər lenti