Logo

Bakı Slavyan Universitetində yeni ixtisaslar üzrə tələbə qəbulu həyata keçirilir

08.08.2022 15:08 449 baxış
IMG

Bakı Slavyan Universitetində (BSU) 2022/2023-cü tədris ili üçün bakalavriat səviyyəsinə iki yeni ixtisas - psixologiya və korreksiyaedici təlim ixtisasları üzrə tələbə qəbulu həyata keçirilir.

Tehsil.biz xəbər verir ki, III ixtisas qrupu üzrə qəbul aparılacaq ixtisaslara ümumilikdə 30 yer nəzərdə tutulur. Bununla da, BSU-da bakalavriat səviyyəsində tələbə qəbulu aparılan ixtisasların sayı artaraq 13 olacaq.

Birinci ixtisas psixologiya elminin hər bir sahəsinin inkişafının fundamental əsasını təşkil edir. Bu sahədə savadlı və peşəkar kadr hazırlamaq üçün universitetin təcrübəli professor-müəllim heyəti fəaliyyət göstərir. Bu ixtisası seçən abituriyentlər gələcək xəyallarını gerçəkləşdirib peşəkar psixoloq ola bilərlər.

Korreksiyaedici təlim ixtisasında təhsil proqramının reallaşdırılması, yüksək təlim nəticələrinə yiyələnmiş rəqabətqabiliyyətli mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.

Yeni ixtisas üzrə gələcək mütəxəssislər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün dövlət müəssisələrində, ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində, psixologiya və reabilitasiya mərkəzlərində ixtisas istiqamətindən asılı olaraq defektoloq, xüsusi müəllim, loqoped və s. kimi fəaliyyət göstərə bilərlər.

Xəbər lenti