Logo

UFAZ-a qəbul imtahanının nəticələri bu tarixdə açıqlanacaq

08.08.2022 13:51 355 baxış
IMG

Bu gün Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) 2022-2023-cü tədris ili üçün bakalavriat pilləsi üzrə qəbul imtahanı nəticələrinin açıqlanacağı gözlənilir.

Bu barədə "Tehsil.biz"ə UFAZ-dan məlumat verilib.

Qəbul imtahanında abituriyentlər riyaziyyat, kimya, fizika, ingilis dili və ümumi dünyagörüşü üzrə sualları cavablandırıblar. Yekunda ən çox bal toplamış 160 namizəd UFAZ-ın tələbəsi olacaq.

Xəbər lenti